BAKI, 24 fevral — Sputnik. Bakıda mağazadan oğurluq edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayon ərazisində yerləşən marketdə qeydə alınıb.
Əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-cı (soyğunçuluq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum edilmiş, 1986-cı il təvəllüdlü R. Zülfüqarov marketdən 330 manat dəyərində viski oğurlayıb.
Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən R. Zülfüqarov saxlanılıb.