CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kağız vermədən pensiya aldılar

© Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elektron sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib

BAKI, 24 fevral — Sputnik. Ötən ilin əvvəlindən ölkəmizdə pensiyaların, ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən dövrdə həmin elektron sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib. Onlardan 17,8 mininə e-qaydada pensiya, 33,2 mininə isə müavinət və təqaüd təyin edilib. Beləliklə, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub. Yaradılmış e-təyinat sistemləri il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsinə imkan verir.

Xəbər lenti
0