BAKI, 23 fevral — Sputnik. Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdıracaq.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
F.Qoca deyib ki, İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere və Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də hərəkət məhdudlaşdırılacaq.