Tramp terrorçularla şəxsən görüşmək niyyətindədir

© © REUTERS/Kevin Lamarque/File PhotoПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Əfqanıstana ordunu 11 sentyabr terror aktından sonra yeridib. Hazırda taliblər və ölkə rəhbərliyi siyasi kompromis yolları arayırlar

BAKI, 23 fevral — Sputnik. ABŞ Prezidenti Donald Tramp "Taliban"la müqaviləni şəxsən özü imzalamaq istəyir. Onun fikrincə, bu, Əfqanıstanda sülhə gətirib çıxaracaq. 

Sputnik Azərbaycan bildirir  ki, bu barədə Tramp Hindistana uçmazdan öncə jurnalistlərə açıqlamasında bildirib.

"Mən o kağıza öz imzamı atardım", - deyən Tramp hesab edir ki, "Taliban" vuruşmaqdan yorulub, Əfqanıstanın vətəndaşları isə sülh razılaşmasını istəyirlər.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Tramp Bollivud VİDEOsunda - özü paylaşdı

Hərəkatın nümayəndəsi Sühail Şahin bildirmişdi ki, ABŞ-la Əfqanıstanda hərbi əməliyyatları bitirmək haqda razılığa gəliblər. Onun sözlərinə görə, "Taliban"la Vaşinqton, çox güman ki, fevralın sonunda müqavilə imzalayacaqlar. 

Əfqanıstan hökumətinin başçısı Abdulla Abdulla razılaşmanın əldə edildiyini təsdiqləyib, ancaq qeyd edib ki, onun imzalanması yaxın günlərdə aqressiyanın səngimə səviyyəsindən asılıdır.

Əfqanıstanda müharibəni dayandıracağı gözlənən danışıqlar 2018-ci ilin iyulundan aparılır. 2019-cu ilin sentyabrında tərəflər müqavilə imzalamağa yaxın idilər, ancaq "Taliban"ın fəaliyyəti hər şeyi korladı - hərəkat bir amerika hərbçisinin öldüyü terror aktına görə məsuliyyəti boynuna götürdü. Bundan sonra Tramp siyasi prosesi ölü adlandırdı, ancaq ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Zalmay Xəlilzad danışıqları davam etdirdi.

"Taliban" 1994-cü ildə Əfqanıstanda vətəndaş müharibəsinin qızğın vaxtında yaranıb. 1996-2001-ci illərdə taliblər ölkədə hakimiyyəti ələ keçirmişdilər, 2001-ci ildə devrildikdən sonra isə hökumət qüvvələri və NATO-nun Əfqanıstan və Pakistandakı hərbçilərilə partizan müharibəsi aparmağa başladılar. ABŞ Əfqanıstana ordunu 11 sentyabr terror aktından sonra yeridib. Hazırda taliblər və ölkə rəhbərliyi siyasi kompromis yolları arayırlar.

Xəbər lenti
0