SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üçünü də MSK əlavə elədi: birdəfəyə 11 məntəqənin nəticəsi ləğv olundu

© Sputnik / Murad OrujovГолосование на 26 избирательном участке 17 избирательного округа Ясамальского района
Голосование на 26 избирательном участке 17 избирательного округа Ясамальского района - Sputnik Azərbaycan
Abunə olmaq
MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb

BAKI, 23 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində səsvermə prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb. A.Muxtarova həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28 və 29 saylı məntəqələrdə səsvermələrin nəticələrinin ləğv olunmasını təklif edib.

Sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntəqələrdə də qanun pozuntularının olduğunu qeyd edərək həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsi təklifini irəli sürüb. Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv olunub.

Xəbər lenti
0