BAKI, 23 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qəzənfər Baxışovun müraciətinə baxılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
O bildirib ki, şikayət edən namizəd dairə üzrə bütün məntəqələrdə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı məlum olub ki, seçki günü namizədin nə özü, nə də müşahidəçiləri məntəqələrdə müşahidə aparıb.
MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.