BAKI, 23 fevral — Sputnik. Ən sürətli internetə malik ölkələrin siyahısı açıqlanıb.
Sputnik Azərbaycan bildirir ki, reytinqə Tayvan, Sinqapur, Cersi (La-Manşda ada), İsveçrə və Danimarka başçılıq edir. Bu barədə WebsiteToolTester-in hesabatında qeyd edilib.
İyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Honkonq, Macarıstan və Litva da daxildir.
Azərbaycan siyahıda 150-ci sırada qərarlaşıb.
Qonşularımızdan Rusiya 207 ölkə arasında 53-cü, Gürcüstan 97-ci, Türkiyə 111-ci, Ermənistan 119-cu, İran 127-cidir.
Müqayisə üçün, hesabata görə, 5 Gb həcmdə videonu yükləmək üçün Rusiyada 45 dəqiqə 51 saniyə, reytinqə başçılıq edən Tayvanda isə cəmi 8 dəqiqə 2 saniyə tələb olunur.