Ermənistan da sərhədi bağladı

© AFP 2023 / NIKOLAY DOYCHINOVГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İstənilən halda, vurğulamağı borc bilirəm ki, panika üçün heç bir əsas yoxdur. Belə fəaliyyət təhlükəlidir", - nazir yazıb

BAKI, 23 fevral — Sputnik. Ermənistan koronavirus təhlükəsinə görə İranla quru sərhədini bağlayır, eyni zamanda aviaəlaqəni də kəsir.

Sputnik Ermənistan bildirir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.

Məlumata görə, məhdudiyyət iki həftə davam edəcək.

""Dövlət sərhədi haqda" qanunun epidemiya halında sərhəd əlaqələrinin kəsilməsinə dair 16-cı maddəsinə istinadən, hökumət İranla əlaqələrin iki həftə müddətinə dayandırılmasına dair növbədənkənar şifahi qərar qəbul edəcək", - Paşinyan yazıb.

İran Prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
İran koronavirusla mübarizəyə... hərbçiləri cəlb edir

Fevralın 24-də səhər koronavirusun yayılması ilə mübarizə komissiyasının iclası keçiriləcək. Burada mümkün ssenarilər və bu tədbirdən çıxış edərək növbəti addımlar müzakirə olunacaq. Komissiya yanvarın 31-dən fəaliyyət göstərir.

"İstənilən halda, vurğulamağı borc bilirəm ki, panika üçün heç bir əsas yoxdur. Belə fəaliyyət təhlükəlidir", - nazir yazıb.

İranda koronavirusa yoluxanların sayı 43-ə çatıb, bunlardan 8-i ölüb.

İlk dəfə hökumət ölkədə koronavirus yayıldığı barədə fevralın 19-da məlumat verib. Bu, şiə müsəlmanlarının ziyarətgahı olan Qum şəhərində qeydə alınıb. Tibbi işçilərinin sözlərinə görə, yoluxanların əksəriyyəti bu şəhərin sakinləri və oraya ziyarətə gedənlərdir.

Virusun ölkəyə necə düşdüyünü isə İran Səhiyyə naziri Səid Nəməki koronavirusdan ölənlərdəın birinin Çində xəstəlik yayılarkən orada səfərdə olması ilə əlaqələndirib.

İranın bir sıra əyalətlərində təhsil müəssisələri koronavirus təhlükəsi səbəbindən bağlanıb, mədəni tədbirlər ləğv edilib, bir sıra idman yarışları isə tamaşaçılarsız keçiriləcək.

Xəbər lenti
0