Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir müavini bərpa olunan enerjinin gətirəcəyi dividendləri açıqlayır

© Photo : REPORTElnur Soltanov
Elnur Soltanov - Sputnik Azərbaycan
Abunə olmaq
Energetika nazirinin müavini Elnur Soltanov deyir ki, indiki məqamda dövlət çəkilir və özəl investisiyanın daxil olmasına şərait yaradır
Elnur Soltanov: “Təqribən 300 milyon kub metr qaza qənaət edəcəyik”

“Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçiriləcək pilot layihələri çərçivəsində təxminən 400 milyon ABŞ dollarına yaxın sərmayə yatırılacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov bildirib.

O bildirib ki, Azərbaycanda əsas məsələlərdən biri dövlətin bu sahəyə həddindən çox vəsait xərcləməsidir: “İndiki məqamda dövlət çəkilir və özəl investisiyanın daxil olmasına şərait yaradır. Planlaşdırılan 440 meqavat sistem qurulduqdan sonra təqribən 300 milyon kub metr qaza qənaət edəcəyik. Bu, ölkə ərazisində illik istifadə olunan qazın təqribən 10 faizinə bərabərdir. Biz bu qazı ixrac edərək valyuta şəklində Azərbaycana geri gətirə bilərik”.

Qeyd edək ki, fevralın 19-da Energetika və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətlərinin iştirakı ilə təlim-seminar keçirilib. “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı” mövzusuna həsr olunan tədbirdə dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi, atmosferə atılan karbon emissiyalarının azaldılması ilə bağlı məsələlər müzakirə olunub.

Elnur Soltanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0