Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Gəray Musayev UNEC-in distant təhsil layihəsindən danışır

© © Courtesy of Garay MusayevAzərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev - Sputnik Azərbaycan
Abunə olmaq
Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev deyir ki, hazırda Multikulturalizm və Sosiologiya fənlərinin distant formada tədrisinə başlanıb
Gəray Musayev: “Distant təhsil alacaq tələbələr könüllülük əsasında seçilib”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant təhsillə bağlı pilot layihə həyata keçirilir. Fevralın 17-dən etibarən humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub.

Layihə haqqında Sputnik Azərbaycan-a danışan Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev bildirib ki, distant təhsil ilk olaraq Maliyyə və mühasibat fakültəsində pilot layihə kimi tətbiq edilir:

“Alınan qərara əsasən, ixtisasdan kənar, humanitar fənn blokuna daxil olan fənlərin tədrisi  “UNEC Extern” mərkəzi tərəfindən distant formada həyata keçirilir. Hazırda Multikulturalizm və Sosiologiya fənlərinin distant formada tədrisinə başlanıb. Tədrisin distant formada təşkili ilə tələbələr universitetə gəlmədən həmin fənlərin biliklərini öz mobil telefonları və yaxud kompüterləri vasitəsilə əldə edə biləcəklər. Distant təhsil alacaq tələbə qrupu könüllülük əsasında seçilib”.

Gəray Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0