Rio-de-Janeyroda dünyaca məşhur karnaval başlayıb. Ənənəvi olaraq, karnaval şəhərin hər rayonundakı bayramlarla start götürüb. Ən məşhur gec olan "Karmelitas" artıq 30 ildir ki, Santa-Tereza rayonunda keçirilir.
Burada rəqs edən minlərlə insan yaxşıca qızışandan sonra karnavalın əsas meydançası olan Rio-de-Janeyrodakı Sambadroma üz tutur. Orada isə Braziliyanın ən yaxşı sambo məktəblərinin il boyu hazırladıqları rəngarəng şoulardan zövq alırlar.
Hər məktəbi 5000-ə yaxşı iştirakçı təmsil edir. Saat yarımlıq sambo çıxışını tamaşaçılar və xüsusi münsiflər dəyərləndirir.
Bütün bu müddət ərzində diqqət rəqs məktəblərinin ulduzlarına yönəlir. Onlar 82 dəqiqə ərzində aktiv şəkildə ifa edirlər. İstidə və onlarla kiloqram ağırlığında kostyumlarda rəqs etmək isə çətindir.
Hər il bu şouya baxmaq üçün milyonlarla turist Braziliyaya üz tutur. Siz isə bu şounun ən parlaq məqamlarına Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.