Dünyanı şoka salan hadisə: oğurluğa getdi, böyük sirrin üstünü açdı - FOTO

© AFP 2023 / PRAKASH MATHEMAТень людей, фото из архива
Тень людей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu illər ərzində isə cinsi zorakılığa məruz qalan körpənin anası Hahna universitetə daxil olması üçün müxtəlif kitablar, lazım olan vəsaitlər göndərir. Azadlığa çıxdıqdan sonra o Kaliforniya Universitetinə daxil olaraq ali təhsil alır.

BAKI, 22 fevral — Sputnik. ABŞ-da illər öncə baş verən oğurluq hadisəsinin inanılmaz detalları üzə çıxıb.

Sputnik Azərbaycan Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, uzun illər narkotik asılılığı olan Matthev Hahn adlı şəxs narkotikə olan tələbatını ödəmək üçün oğurluq edərək evləri soyduğuna görə iki dəfə məhbus həyatı yaşayıb. Yaşadığı ərazinin qayda-qanunlarına görə, o növbəti dəfə həbs olunarsa, ömürlük azadlıqdan məhrumetmə cəzası alacaqmış.

Azadlığa çıxmasına baxmayaraq Hahn narkotik çün pul tapa bilmədiyinə görə oğurluq edərək, evləri soymaqda davam edirdi. Növbəti dəfə oğurluğa gedəndə isə böyük bir sirrin üstünü açır. Belə ki, girdiyi evdə diqqətini çəkən çantada gördükləri onu şoka saldı. Çantada ən çoxu uşaq bezi olmaqla, silah, foto və bunları edən şəxslər haqda məlumatlar, körpəyə cinsi zorakılığın edilməsinin lentə alınaraq saxlanıldığı kart olub. Hahn bu məlumatları polisə verərkən onun o evə necə girdiyinin sorğu-sual olunacağını düşünərək, birbaş polisə getmək fikrindən imtina edir. O, bütün məlumatlar toplayaraq anonim şəkildə polis şöbəsinə göndərir.

View this post on Instagram

May 2006. Elmwood Correctional Facility. #hahnscratch

A post shared by Matthew Hahn (@hahnscratch) on

Bundan bir neçə gün sonra növbəti dəfə oğurluq üstündə tutularkən polisə “Sizə o məlumatları mən göndərmişdim. Bir pedofillə eyni cür cəzalandırılmağım, ömürlük azadlıqdan məhrum edilməyim düzgün deyil” deyə söyləyir. Bundan sonra Hahnın cəzası azaldılır və o 14 il azadlıqdan məhrum edilir. Bu illər ərzində isə cinsi zorakılığa məruz qalan körpənin anası Hahna universitetə daxil olması üçün müxtəlif kitablar, lazım olan vəsaitlər göndərir. Azadlığa çıxdıqdan sonra o Kaliforniya Universitetinə daxil olaraq ali təhsil alır.

Ailə həyatı quran Hahn artıq uzun illər öncə narkotik asılılığından da xilas olduğunu deyir: "Bütün etdiklərimin bədəlini ödədim".

Xəbər lenti
0