“Bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır”. Bu fikirləri Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.
Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov Sputnik Azərbaycan-a deyir ki, nəqliyyat sistemində yaranan problemlərin bir sıra səbəbləri var: “Bu sahədə görülməli işlər çoxdur. Ölkəmizdə velosipedin nəqliyyat növü kimi inkişaf etdirilməsinə ehtiyac var. O cümlədən piyada hərəkətinin rahatlığı və təhlükəsizliyi də bu işlər sırasındadır. Əhalinin ictimai nəqliyyatda mobilliyinin təmin olunması üçün dünyada geniş yayılmış bu dörd istiqamətdə işlər reallaşdırılmalıdır. Dövlət bütün diqqətini bu istiqamətlərə yönəltməlidir. Nəqliyyat sistemi dəqiq saat mexanizmi kimi işləməlidir”.
Ərşad Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz