“Suriyanın İdlib şəhəri ilə bağlı problemi həll etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskvada keçirilən görüşü nəticəsiz başa çatıb. Çünki təklif olunan variant bizi qətiyyən qane etmir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında deyib.
Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Suriya böhranına görə Türkiyə-Rusiya münasibətlərində gərginlik artır:
“Əsəd qüvvələrinin bölgədə fəallaşması ölkələr arasındakı münasibətlərə təsir göstərir. Rusiya Türkiyənin İdlibdən tam olaraq geri çəkilməsini istəyir. Ərdoğanın fikirləri isə Türkiyənin Suriyada müharibəyə hazır olduğunu göstərir. Amma Türkiyənin genişmiqyaslı əməliyyatlar aparması sual altındadır. Çünki Türkiyəni və Rusiyanı həm də iqtisadi maraqlar birləşdirir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz