CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı səhnəsini nadinc uşağa tapşırdılar

© Sputnik / Ilham MustafayevСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan "Şumbola" uşaqlara "Təslim olma, mübarizə apar" ideyasını əyani olaraq izah edir

BAKI, 21 fevral — Sputnik. Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda qastrol səfərindədir. Sputnik Azərbaycan xəbər verir ki, əməkdaşlıq əlaqələri çərçivəsində bu gün və sabah Özbəkistan sənətçiləri Bakıda Gənc Tamaşaçılar Teatrı səhnəsində Özbəkistanın Xalq şairi Qafur Qulamın "Ozornik" (Şumbola) tamaşasını teatrsevərlərə təqdim edəcəklər.

"Şumbola" əsəri tərbiyəvi əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı, təbiətcə dəcəl olan və ipə-sapa yatmayan balaca oğlan hər dəfə müxtəlif qəribə və gülməli vəziyyətlərə düşür və bacarıqla çıxış yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan "Şumbola" uşaqlara "Təslim olma, mübarizə apar" ideyasını əyani olaraq izah edir.

Qafur Qulamın Azərbaycana və ədəbiyyatımıza, mədəniyyətimizə münasibəti də bir sıra əsərlərində özünü göstərir. Onun "Bir-birinə şagird, bir-birinə ustad", "Qırx yaşlı Azərbaycan", "Səməd Vurğuna", "Qardaş Azərbaycan pambıqçılarına", "Xəzər" adlı şeirlərində Azərbaycana olan məhəbbəti səmimi şəkildə ifadə olunub.

Qeyd edək ki, gələcəkdə bu əməkdaşlıq çərçivəsində Azərbaycan Gənc Tamaşaçılar Teatrının Özbəkistana qastrolu planlaşdırılır.

Xəbər lenti
0