CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK sədri seçki pozuntularına yol verən komissiya üzvlərini gözləyən cəza barədə

© Sputnik / Murad OrujovПарламентские выборы в Баку, 9 февраля 2020 года
Парламентские выборы в Баку, 9 февраля 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
Sonuncu bələdiyyə seçkilərində pozuntulara yol verən məntəqə və dairə seçki komissiyaları ona görə buraxılmayıb ki, dərhal parlament seçkiləri təyin edilib və komissiyaları yenidən formalaşdırmaq mümkün olmayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 fevral - Sputnik. Seçki pozuntularına yol verən, səsvermənin nəticələri etibarsız sayılan məntəqə və dairə seçki komissiyalarının üzvləri bir daha komissiya üzvü olmayacaqlar. Onlar məntəqə və dairə seçki komissiyasının üzvü olmaq hüququnu itirdilər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın iclasında bildirib.

“Onlar daha komissiya üzvü olmayacaqlar. Bundan artıq cəzalandırma olmayacaq. O məntəqələrin və dairə seçki komissiyalarının hamısı buraxılacaq”, – deyə MSK sədri vurğulayıb.

Məzahir Pənahov həmçinin qeyd edib ki, 2019-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində pozuntulara yol verən məntəqə və dairə seçki komissiyaları ona görə buraxılmayıb ki, dərhal parlament seçkiləri təyin edilib və komissiyaları yenidən formalaşdırmaq mümkün olmayıb.

Xəbər lenti
0