CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doğrudan, ölməyibmiş - seçkidən məşhur videoya MSK şərh verdi

© Sputnik / Murad OrujovГолосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района
Голосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района - Sputnik Azərbaycan
Abunə olmaq
"Xanlar Lalayev fevralın 9-da məntəqə seçki komissiyasında səs verərkən seçici siyahısında keçmiş həyat yoldaşının da adını görüb, əsəbləşib və onun öldüyünü söyləyib. Bu da istər-istəməz gördüyümüz videgörüntü şəklində yayımlanıb"

BAKI, 21 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov Milli Məclisə seçkilərlə əlaqədar səsvermə günü 107 saylı Qazax Seçki Dairəsində ölmüş seçicinin adının seçici siyahısında olması iddiasının əksini tapdığı videogörüntünün sosial şəbəkələrdə yayılmasına və bu videogörüntü ilə bağlı MSK-nın araşdırması nəticəsində ortaya çıxan faktın təkzib edilməsi ilə fikirlərə münasibət bildirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, bəzilərinin gülmək üçün baxdığı həmin videogörüntü MSK üçün ciddi əhəmiyyət kəsb edib.

B. Əsgərovun sözlərinə görə, həmin videogörüntüdə bir şəxsin emosional şəkildə “o ölüb, adını niyə salmısınız” deməsi MSK-nı maraqlandırıb: “Ona görə də MSK bu məsələni araşdırmalı idi. Araşdırma zamanı məlum oldu ki, vətəndaş Xanlar Lalayevin həyat yoldaşı ondan ayrılıb, Xanlar Lalayev də sonradan başqa bir xanımla ailə qurub. Xanlar Lalayev fevralın 9-da məntəqə seçki komissiyasında səs verərkən seçici siyahısında keçmiş həyat yoldaşının da adını görüb, əsəbləşib və onun öldüyünü söyləyib. Bu da istər-istəməz gördüyümüz videgörüntü şəklində yayımlanıb.

Araşdırma zamanı Xanlar Lalayevin ayrıldığı həyat yoldaşının rəhmətə getmədiyi üzə çıxdı. Çünki biz həm polis, həm də ədliyyə orqanlarından müvafiq arayışlar əldə etdik. Bundan başqa, bilavasitə Lalayevlərin qonşusu olan məntəqə seçki komissiyasının üzvlərindən əldə etdiyimiz izahatlara görə Xanlar Lalayev həmin gün ölmüş adam kimi keçmiş həyat yoldaşını nəzərdə tutub.

Sonradan isə Xanlar Lalayev bu uğursuz ifadəsi ilə əlaqədar cəmiyyətin qınağından qurtarmaq üçün yeni varianta ələ atır. Mətbuata açıqlamasında bildirib ki, guya ölmüş dedikdə qardaşının rəhmətə gedən keçmiş həyat yoldaşını nəzərdə tutub”.

Xəbər lenti
0