BAKI, 21 fevral — Sputnik. Cümə günü səhər saatlarında İran parlamentinə seçkilər başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, İran İslam Respublikasının Daxili İşlər Nazirliyi seçki məntəqələrinin yerli vaxtla saat 08.00-da (Bakı vaxtı ilə saat 08.30-da) açıldığını bildirib.
290 deputat kürsüsü uğrunda 7 mindən çox namizəd mübarizə aparacaq.
Ekspertlərin fikrincə, seçki parlamentdə kimin liderlik edəcəyini göstərəcək. Bu ya Prezident Həsən Ruhaninin tərəfdarları sayılan və hazırda parlamentdə çoxluq təşkil edən islahatçılar, ya da hökumətin kursuna qarşı çıxan mühafizəkarlar olacaq.