CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Manaf Ağayev polisə çağırılıb

© Photo : Instagram / manafagayevManaf Ağayev
Manaf Ağayev - Sputnik Azərbaycan
Abunə olmaq
Manaf Ağayev ATV-də verilişdə olan zaman qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib

BAKI, 21 fevral — Sputnik. Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, onunla profilatik söhbət aparılaraq sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Xatırladaq ki, M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.

Xəbər lenti
0