CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyəli fanatları Çingiz Mustafayevə: Türkiyədə konsert versən, "ortalığı yıxarsan"

© Instagram / chingizmustafayevПредставитель Азербайджана на "Евровидение-2019" Чингиз Мустафаев
Представитель Азербайджана на Евровидение-2019 Чингиз Мустафаев  - Sputnik Azərbaycan
Abunə olmaq
Mahnının dinləyiciləri və şərhçiləri arasında yunan, çex, rus, tacik, yəhudi və digər millətlərdən olanlar da var

BAKI, 21 fevral — Sputnik. Azərbaycanı "Avroviziya-2019"da təmsil etmiş müğənni Çingiz Mustafayevin türk dilində səsləndirdiyi yeni mahnı və klipi YouTube izləyiciləri tərəfindən çox bəyənilib. Sputnik Azərbaycan xəbər verir ki, sözləri, musiqisi və aranjmanı müğənninin özünə aid olan "Güven Bana" mahnısını türkiyəli izləyicilər xüsusilə yüksək qiymətləndiriblər.

"Türkiyədə konserti olsa, ortalığı rəsmən yıxar. Çox Türkiyə müğənnisindən yaxşı oxuyur", - deyə Alper Kopuz adlı izləyici yazıb.

Çingizi Azərbaycanda pop musiqisinin ən yaxşılarından hesab edənlərlə yanaşı, onun türkcəsini bəyənənlər də çox olub.

Mahnının dinləyiciləri və şərhçiləri arasında yunan, çex, rus, tacik, yəhudi və digər millətlərdən olanlar da var. Onların bəziləri Çingizi "Avroviziya"dan sonra daim izlədiklərini qeyd ediblər.

Mahnını hamı birmənalı şəkildə bəyənsə də, klip bəzi izləyicilərin xoşuna gəlməyib. Qeyd edək ki, klipin rejissoru Çingiz Mustafayev özüdür. Çəkilişləri kamera ilə Həsən Aslanov, dronla Sultan Abdullayev aparıb. Klipi Emin Muradov montaj edib.

Çingiz Mustafayev "Yeni ulduz" layihəsində (ATV) qalib gələndən sonra populyarlaşıb. O, həmçinin gənc ifaçıların beynəlxalq "Yeni Dalğa" müsabiqəsində, "O səs Türkiyə" və "Ukraynanın səsi" vokal layihələrində də iştirak edib. O, bir sıra musiqi nominasiyalarının laureatı, gənc nəslin ən çox tələb etdiyi ifaçılardan biridir. Müğənni "Avroviziya-2019"da 8-ci yeri tutub.

Xəbər lenti
0