Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəzi brendlərdən xəbərimiz yoxdur - COVCHEG layihəsinin meneceri danışır

© Sputnik / Murad OrujovПредставитель Общества охраны животных Фуад Багиров
Представитель Общества охраны животных Фуад Багиров - Sputnik Azərbaycan
Abunə olmaq
COVCHEG layihəsinin meneceri Fuad Bağırov deyir ki, bu cür növlərin tapılmasına, onların ətrafında assosiasiyaların yaradılmasına çalışırlar
Fuad Bağırov: “Önəmli olan yerli kiçik fermerlərin inkişafının təmin edilməsidir”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə ekoloji məhsullara artan tələbatla əlaqədar istehlak bazarındakı tendensiyalar müzakirə edilib.

Tədbirdə çıxış edən COVCHEG layihəsinin meneceri Fuad Bağırov deyib ki, hazırkı məqamda önəmli olan yerli kiçik fermerlərin inkişafının təmin edilməsidir:

“Bizim müxtəlif ərazilərimiz öz brendləri ilə məşhurdur. Ancaq müstəqillik dövründə formalaşmış bəzi brendlər var ki, onlardan xəbərimiz yoxdur. Uzun müddətdir insanlar tərəfindən becərilən bu məhsullar xalq seleksiyası məhsulları adlanır. Biz bu cür növlərin tapılmasına, onların ətrafında assosiasiyaların yaradılmasına çalışırıq. Bu assosiasiyalar həmin məhsulların keyfiyyətinə təminat verirlər”.

Fuad Bağırovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0