CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin diqqətinə: Bu zülmə hələ ilin sonunadək dözməli olacaqsınız

© Official website of President of Azerbaijan RepublicYeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra
Yeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra  - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla yanaşı, respublika əhəmiyyətli 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilişinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

BAKI, 21 fevral — Sputnik. “Bu ilin sonuna qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərindəki Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin çəkilib başa çatdırılması nəzərdə tutulur”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov danışıb.

O, qeyd edib ki, bununla yanaşı, respublika əhəmiyyətli 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilişinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

S. Məmmədov əlavə edib ki, bu il respublika əhəmiyyətli 36 yol, Bakı şəhəri üzrə isə rayon və qəsəbələrinin abadlaşdırılması üçün 12 yol üçün vəsait ayrılıb.

Xəbər lenti
0