SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Suriya məsələsində Rusiya ilə bağlı mühüm etiraf etdi

© Sputnik / Mihail Alaeddin / Mediabanka keçidВоенная полиция РФ на северо-востоке провинции Алеппо в Сирии
Военная полиция РФ на северо-востоке провинции Алеппо в Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkel və Fransa lideri Emmanuel Makronla telefon danışığı həyata keçirib.

BAKI, 21 fevral — Sputnik. Suriyanın İdlib regionunda türk hərbçilərinin hədəfi Suriya rejimi, atəşkəsi pozan şəxslər və qruplardır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

"Müəyyən şərtlər ola bilər: pis hava, müxtəlif vəziyyət, lakin ümumilikdə Soçi razılaşması əsas olaraq götürülür. Bu razılaşmada qeyd olunanlar da həyata keçirilməlidir. Bizim Rusiya ilə bir problemimiz yoxdur, hədəfimiz rejimdir", - Akar qeyd edib.

Suriyanın İdlib əyalətində atəşkəs rejimi qüvvəyə minib  - Sputnik Azərbaycan
VİDEO
Suriyanın İdlib əyalətində atəşkəs rejimi qüvvəyə minib

O qeyd edib ki, Ankara və Moskvanın çox yaxşı münasibətləri var: "Biz heç bir halda Rusiya ilə heç bir qarşıdurma istəmirik. Belə bir şey gündəmdə belə deyil. Bunun olmaması üçün əlimizdən gələn hər cür səyi göstərmişik və göstərməyə davam edəcəyik. Bizim üçün orada olan ən önəmli şey rejimin atəşkəsə riayət etməsi, rejim hücumlarının dayandırılmasıdır".

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkel və Fransa lideri Emmanuel Makronla telefon danışığı həyata keçirib.

Almaniya və Fransa liderləri Suriyanın İdlib regionunda gərginliyi azaltmaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə birgə görüş təşkil etməyə hazır olduqlarını da bildiriblər.

Məlumatı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffan Zaybert də təsdiqləyib.

Onun sözlərinə görə, Merkel və Makron bəyan ediblər ki, İdlib vilayətində insanların humanitar durumu onları narahat edir.

Almaniya Kansleri və Fransa prezidenti dərhal hərbi əməliyyatları dayandırmağa və ehtiyacı olanlara humanitar yardımın maneəsiz çatdırılmasının təmin edilməsinə çağırıblar.

Xəbər lenti
0