Polyaklar Polşanın azad edilməsinə görə Qızıl Orduya minnətdardırlar - Sorğu

© Sputnik / Mediabanka keçidМирные жители Варшавы и бойцы Красной Армии. Освобождение Польши. Великая Отечественная война 1941-1945 годов.
Мирные жители Варшавы и бойцы Красной Армии. Освобождение Польши. Великая Отечественная война 1941-1945 годов. - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik.Rəy-in sorğusu göstərir ki, yaşlı nəsildən olan imkanlı polyaklar və Polşadakı mötədil sol partiyaların nümayəndələri ölkələrinin azad edilməsinə görə Qızıl Orduya minnətdardırlar.

BAKI, 21 fevral — Sputnik. Polşalıların əksəriyyəti (65%) Polşa qoşunları ilə birlikdə Polşanı azad etdiyinə görə, Qızıl Orduya minnətdardır.

Bu mövzuda sorğu Sputnik İnformasiya Agentliyi və Radiosu üçün 6-11 fevral aralığında Polşada Sputnik.Rəy layihəsi çərçivəsində Fransanın ictimai rəyin öyrənilməsi ilə məşğul olan qədim "IFOP" şirkəti tərəfindən keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 1000 respondent iştirak edib.

Respondentlər əhali arasından cinsinə, yaşına və coğrafiyasına görə seçilib. Rəy sorğusunda maksimal yanılma ehtimalı ümumilikdə ölkə üzrə 3,1%, etibarlılıq dərəcəsi 95% təşkil edir.

1945-ci ilin fevralında Polşa 1-ci Belorusiya Cəbhəsi və 1-ci Polşa Qoşun qüvvələri tərəfindən faşist qoşunlarından azad edilib.

Sorğunun nəticələrinə görə, polşalıların 27%-i buna görə heç kəsə minnətdarlıq etmirlər. Rəyi soruşulanların 8%-i isə bu suala cavab verməyə çətinlik çəkib.

Yeri gəlmişkən, sorğunun nəticələri göstərir ki, yaşlı nəsildən olan imkanlı polyaklar və Polşadakı mötədil sol partiyaların nümayəndələri ölkələrinin azad edilməsinə görə Qızıl Orduya minnətdardır.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "IFop" və "Forsa" çıxış edir. Sputnik.Rəy layihəsi çərçivəsində mütəmadi olaraq Avropa və ABŞ-da ən aktual sosial və siyasi məsələlər üzrə sorğular keçirilir.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından ölkəmizdə fəaliyyətə başlayıb. Agentlik Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və yüksək texnologiyalı multimedia mərkəzinə malikdir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 33 dildə ölkə və regional multimedia resursu və internet saytları, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirən, rus, ingilis, fransız və digər dillərdə dünyanın 90 şəhərində analoq və rəqəmsal radioyayım edən nəhəng KİV-lərdən biridir. Sputnik xəbər lenti bütün dünya üzrə aparıcı nəşrlərə sutka boyu ingilis, ərəb, ispan, çin və fars dillərində informasiya göndərir.

Sputnik-in informasiya resurslarının auditoriyası ayda 60 milyon ziyarətçidən ibarətdir, "Weibo"da Sputnik China hesabının abunəçilərinin sayı 10,5 milyonu aşır. Pekindən Montevideoya qədər bütün dünyadakı 22 redaksiya mərkəzində onlarla millətin minlərlə nümayəndəsi çalışır. Sputnik "Rossiya Seqodnya" mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.

Xəbər lenti
0