Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məşhur rusiyalı müğənni on beş ildir Azərbaycan mahnılarına qulaq asır

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidСъёмки новогодней передачи Первого канала
Съёмки новогодней передачи Первого канала - Sputnik Azərbaycan
Abunə olmaq
Populyar rusiyalı müğənni bakılı həyat yoldaşı ilə tanışlığından və toydan əvvəl hansı şərtlərə razılaşdığından danışıb.

BAKI, 20 fevral — Sputnik, Kəmalə Əliyeva. Müğənni Alsu məşhur rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçaka Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın mahnısının sədaları altında Azərbaycan rəqsini ifa etməyi öyrədib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə çarx Kseniya Sobçakın "YouTube" kanalında yayımlanıb. Sobçakın verilişinin növbəti buraxılışının qonağı populyar tatar müğənni Alsu olub.

Певица Алсу  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusiyalı müğənni Alsu Azərbaycan kəndində necə toy-bayrama səbəb oldu - FOTO

Məşhur qalmaqalı xəbərlər jurnalistinin verilişinin qonaqları adətən adları qalmaqallarda hallanan məşhurlar olur. Bu dəfə isə Sobçakın suallarını qızı sayəsində adı "musiqi" qalmaqalına qarışan Alsu cavablandırıb.

Verilişin gedişi zamanı müğənni həyat yoldaşı, əslən Bakıdan olan rusiyalı biznesmen Yan Abramovla necə tanış olduğu, biznesmenin ona necə evlənmək təklif etdiyi və qarşısında hansı şərtlər qoyduğu barədə danışıb.

Alsu deyib ki, Abramovla 21 yaşı olanda tanış olub. Bir ay sonra Yan artıq Alsuya evlənməyi təklif edib. Bu isə müğənninin valideynlərini şoka salıb.

"O, mənə dedi ki, əgər mən onun üzüyünü qəbul edirəmsə, onun özünü də necə varsa, eləcə qəbul etməliyəm. Ən əsası isə onun qulaq asdığı musiqiyə qulaq asmalıyam. Ərim əsasən müxtəlif xalqların folklor musiqilərini sevir, ancaq o, hər şeydən çox Azərbaycan xalq mahnılarını sevir, çünki Bakıda böyüyüb. Mən əvvəllər xalq mahnılarına qulaq asırdım, amma saatlarla deyil. Buna baxmayaraq, mən onun dedikləri ilə razılaşdım və artıq 15 ildir folklor musiqisinə qulaq asıram", - Alsu etiraf edib.

Alsunun sözlərinə görə, azərbaycanlı müğənni Brilliant Dadaşovaya böyük hörmət bəsləyir və hətta tədbirlərdə onun mahnılarına rəqs edir. Alsu həyat yoldaşının xətrinə hətta Azərbaycan rəqslərini öyrənib. Dediyinə görə, baxmayaraq ki, milli rəqslərimiz onun ifasında elə də təbii alınmır, amma rəqs edəndə hər kəs ona komplimentlər yağdırır.

Sobçak hətta veriliş zamanı müğənnidən ona Azərbaycan rəqsini ifa etməyi öyrətməyi xahiş edib, Alsu da milli rəqslərimizin bəzi elementlərini ona başa salıb. Alsu veriliş çərçivəsində Sobçakı ata yurduna - Başqırdıstandakı Uyandıq kəndinə aparıb.

Азербайджанская певица Раксана Исмайлова - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni bu dəfə ərini klipə çəkdi

Milliyətcə tatar olan Alsu Rusiyanın Əməkdar, Tatarıstan və Başqırdıstan respublikalarının Xalq artisti, Beynəlxalq Estrada Sənəti Xadimləri İttifaqının üzvüdür. Stokholmda keçirilən "Avroviziya-2000" beynəlxalq mahnı yarışmasında Rusiyanı təmsil edib və ikinci yeri qazanıb. Hazırda o, müğənnilik karyerasını uğurla davam etdirir, boş vaxtlarını isə ailəsinə həsr edir.

Son zamanlar onu tez-tez qızı Mikella Abramovanın iştirak etdiyi "Qolos.Deti" şousu ətrafında yaranan qalmaqalla yada salırlar.

Xatırladaq ki, sözügedən qalmaqal telelayihənin altıncı mövsümünün finalında yaşanıb. Alsunun qızı bu yarışda səslərin 56,5%-ni toplayaraq qalib olub. Tamaşaçılar səsvermənin ədalətli olmasına şübhə ilə yanaşıblar və bundan sonra Birinci kanal bu məsələni araşdırmaq üçün yoxlamalara başlayıb.

"Group-IB" beynəlxalq şirkəti daxil olan mesajları emal edən sistemdə boşluq tapıb və səslərin saxtalaşdırıldığını aşkar edib. Bundan sonra nəticələr sıfırlanıb.

Nəticədə altıncı mövsümün bütün finalçılarını qalib elan ediblər. Onların hər biri milyon rubl dəyərində mükafat alıb. Mikella aldığı məbləği xeyriyyə fonduna bağışlayıb. O, həmçinin şounun xüsusi buraxılışında iştirakdan imtina edib.

View this post on Instagram

И пусть весь мир подождёт.. Happy birthday my love💝

A post shared by ALSOU (@alsou_a) on

Bu qalmaqal zamanı Mikella və Abramovlar ailəsini dəstəkləyən Brilliant Dadaşova deyib ki, Moskvada çoxları Mikellanı yad hesab elədikləri üçün dəstəkləmir. Müğənni Yan Abramovun ailəsinin Azərbaycan yəhudiləri olduğunu, onları Moskvada yad yerdən - Azərbaycandan gəlmiş insanlar olduqları üçün çox az adamın müdafiə etdiyini vurğulayıb. Dadaşova Alsunun toyunda iştirak etdiyini də dilə gətirib.

"İnanın mən onların toyunda tamamilə təmənnasız çıxış etmişəm və heç bir xeyir güdməmişəm. Uzun illərdir Yan Abramovun ailəsi ilə dostluq edirəm və onların toyunda da qonaq qismində iştirak etmişəm", - deyə Dadaşova bildirib.

Xəbər lenti
0