CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda sıxlığın əsl səbəbi məlum oldu

© Sputnik / Murad OrujovПассажиры на одной из станций Бакинского метрополитена, фото из архива
Пассажиры на одной из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Problemin "BakıKart" terminallarından qaynaqlanması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Bu gün səhər Bakı Metropolitenin "Neftçilər" və "Qara Qarayev" stansiyalarında yerləşən "BakıKart" ödəmə terminallarının fəaliyyətində fasilə yaranıb. Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, buna səbəb terminalların elektrik enerjisinin verilişində müəyyən problemlərin yaranması olub: "Problemin "BakıKart" terminallarından qaynaqlanması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir".

Qeyd edək ki, bu gün səhər saatlarında metronun "20 Yanvar" stansiyasında sıxlıq yaranıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, son üç gündə metroda sıxlıq müşahidə edilir. Buna səbəb isə sərnişinlərin sayının artmasıdır. B.Məmmədovun sözlərinə görə, qatarlarda problem yaranmayıb: "Bəzi stansiyalarda sərnişinlər qatarın qapısını saxladığı üçün müəyyən yubanma olur".

Xəbər lenti
0