Çinli alimdən dəhşətli xəbərdarlıq: Koronavirus qrip kimi yayıla bilər

© REUTERS / TYRONE SIUСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Van Çen rəsmi adı "COVID-19" olan yeni koronavirusun qripə keçə biləcəyini də istisna etməyib: "Biz buna hazır olmalıyıq".

BAKI, 20 fevral — Sputnik. Yeni koronavirusun yaratdığı pnevmoniya qrip xəstəliyində olduğu kimi uzun müddət qüvvədə qala bilən xroniki xəstəlik ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə respirator xəstəliklər üzrə çinli mütəxəssis Van Çen bildirib.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Bir gündə yüzdən çox ölü – Dəhşətli virusun qurbanlarının sayı artır

Van Çen rəsmi adı "COVID-19" olan yeni koronavirusun qripə keçə biləcəyini də istisna etməyib: "Biz buna hazır olmalıyıq". O qeyd edib ki, virusun bioloji xarakteristikasının öyrənilməsi vacibidir.

Qeyd edək ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 118 nəfərə çatıb.

Bir gün ərzində virusdan 114 ölüm hadisəsi baş verib. Ölkə üzrə ümumilikdə 16 155 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə qeyd edib ki, koronavirusa yoluxanların da sayı artır.

Hazırda ölkədə 74 576 insan virusun daşıyıcısıdır. Virusa yoluxan 11 864 nəfərin vəziyyəti ağırdır.

31 əyalətdə 56 303 nəfər müalicə alır.

Xəbər lenti
0