CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi xəstəliklərə görə həkim göndərişi ləğv edilir

© Sputnik / Murad OrujovКардиохирург после длительной операции
Кардиохирург после длительной операции - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşı buna görə əziyyətə salmamaq üçün o, birbaşa olaraq müştərək maliyyələşmə məbləği ödəmədən ixtisas həkiminə müraciət edə bilər

BAKI, 20 fevral — Sputnik. "Apardığımız araşdırmalara görə, vətəndaş bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər"

Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Səhiyyə Nazirliyi qoymaz, əhali narahat olmasın"

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, həmin ailə həkiminin bu sahə üzrə yetəri qədər bilik və bacarıqları olmaya bilər: "Vətəndaşı buna görə əziyyətə salmamaq üçün o, birbaşa olaraq müştərək maliyyələşmə məbləği ödəmədən ixtisas həkiminə müraciət edə bilər. Biz bununla bağlı yaxın zamanlarda məlumat verəcəyik ki, vətəndaş hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən həkimə birbaşa müraciət edə bilər".

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsidir. Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış yeri üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 manat, qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 manat müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Xəbər lenti
0