Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Baş Prokurorluq "Orqan mafiyası" məsələsinə aydınlıq gətirdi

© REUTERS / ISMAIL ZITOUNYМорг, фото из архива
Морг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Biləsuvarda vəfat etmiş şəxsin daxili orqanlarının çıxarılması ilə bağlı sosial şəbəkələrdə və KİV-lərdə yayılan iddia təkzib olunub

BAKI, 20 fevral — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə guya insan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstə tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ailə üzvlərinin icazəsi olmadan ölən şəxsin meyitinin daxili orqanlarının satış məqsədilə çıxarılması üçün əməliyyat olunmasına dair əsassız məlumatlar yayılıb.

Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Orqan mafiyası" şousunun siqnalı: Əslində təhlükə hələ qabaqdadır

Sputnik Azərbaycan Baş Prokurorluğun TƏBİB-lə birgə yaydığı məlumata istinadla xəbər verir ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, cari il fevralın 13-də saat 11 radələrində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Hüseyn Mirzəyevin hündürlükdən yıxılması nəticəsində aldığı xəsarətlərlə "qapalı kəllə-beyin travması, daxili qanaxma" diaqnozu ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına daxil olması və həmin gün saat 15 radələrində orada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Azərbaycanlı kriminallarla əlaqəsi olan mafiyanın "xaç atası" üçün tarixi günlər

Hüseyn Mirzəyevin meyiti "məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında" rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Biləsuvar rayon şöbəsinin təşrih otağında məhkəmə-tibb eksperti tərəfindən prokurorluq və polis əməkdaşlarının, eləcə də mərhumun ailə üzvlərinin iştirakı ilə xarici və daxili müayinə olunub.

Meyit daxili müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilib, mərhum rayonun Bəydili kənd qəbiristanlığında dəfn olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0