CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orada dahi şəxslər elm öyrəniblər – Azərbaycanın ilk milli təhsil ocağı

© Sputnik / Ilham MustafayevQazax seminariyası
Qazax seminariyası - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxdakı təhsil ocağı Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli ziyalılar yetişdirib

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Azərbaycanın ilk milli təhsil ocağının yerləşdiyi yer dedikdə, yəqin ki, əksəriyyət Bakı, yaxud Gəncə kimi böyük şəhərləri fikirləşəcək. Lakin bu status onlardan heç birinə deyil, təhsil sahəsində bir çox ilklərə imza atan indiki Qazax rayonu, keçmiş Qazax qəzasına aiddir. Buradakı açılan ilk milli təhsil ocağı 41 illik fəaliyyəti dövründə xalqımıza 3 mindən artıq ziyalı qazandırıb. Söhbət 100 ildən artıq yaşı olan Qazax Müəllimlər Seminariyasından gedir.

© Sputnik / Ilham MustafayevQazax seminariyası
Orada dahi şəxslər elm öyrəniblər – Azərbaycanın ilk milli təhsil ocağı - Sputnik Azərbaycan
Qazax seminariyası

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulana kimi ölkəmizdə müəllim kadrları hazırlayan məktəb olmayıb. Bu missiyanı Qori seminariyasının 1779-cu ildə açılan Azərbaycan bölməsi həyata keçirib. AXC yarandıqdan sonra isə seminariyanın Azərbaycana köçürülməsi məsələsi gündəmə gəlib və nəticədə seminariya Qazax qəzasına köçürülərək Qazax Müəllimlər Seminariyası adlandırılıb.

Hazırda seminariya binasında fəaliyyət göstərən işğal altda olan Yuxarı Əskipara kənd orta məktəbinin tarix müəllimi Elxan Qocayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə seminariyanın fəaliyyəti haqda danışıb. O, həmin dövrdə seminariyanın Qazaxa köçürülməsində qazaxlıların böyük əməyinin olduğunu qeyd edib.

© Sputnik / Ilham MustafayevQazax seminariyası
Orada dahi şəxslər elm öyrəniblər – Azərbaycanın ilk milli təhsil ocağı - Sputnik Azərbaycan
Qazax seminariyası

“Hələ 1918-ci illərin əvvəllərində Qazax əhalisi Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsilə bağlı yeni hökumətə ərizəylə müraciət edir. Ərizədə əhali tərəfindən Qori seminariyasının Azərbaycan bölməsini Qazaxda yerləşdirmək üçün 10 desyatin suvarılan torpaq, 3 min rubl birdəfəlik yardım və hər il min rubl borc pul ayıracaqları göstərilir. Bu ərizə 1918-ci il 10 iyun tarixli iclasda müzakirə edilir və seminariyanın Azərbaycana köçürülməsi qərarı verilir. Bu işə rəhbərlik görkəmli maarifçi Firidun bəy Köçərliyə həvalə edilir”, – E.Qocayev məlumat verib.

Həmin dövrdə Azərbaycanın 17 qəzasından yalnız ikisinin AXC-nin hakimiyyəti altında olduğunu deyən E.Qocayev seminariyanın Qazaxda saxlanmasını ən uyğun variant hesab etdiyini bildirib: “Qazax əhalisi təhsilə həmişə önəm verib. Tiflisə, Qoriyə yaxın olduğundan burada savadlı əhalinin sayı digər qəzalardan daha çox olub. Təsadüfi deyil ki, Müəllimlər Seminariyasının Qori şəhərində məzun olan 250 nəfər azərbaycanlı tələbəsindən 47-si qazaxlı olub. Hətta seminariyanın Qazaxa köçürülməsi məsələsi gündəmə gələndə Kosalar kəndindən olan mülkədar Məşədi İbrahim öz 17 otaqlı iki mərtəbəli qırmızı kərpicdən olan mülkünü təmənnasız olaraq seminariyaya verir və seminariya onun mülkündə yerləşir”.

© Sputnik / Ilham Mustafayev
Qazax seminariyası - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Mustafayev
Qazax seminariyası - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ilham Mustafayev
Qazax seminariyası - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərən təhsil ocağı fəaliyyət göstərdiyi 41 il ərzində 3 mindən artıq ziyalı yetişdirib. Onların sırasında Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli ziyalılar yer alıblar.

Hazırda üstündən 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, seminariya binası yenə təhsil sahəsində fəaliyyət göstərir. Burada Qazax rayonunun işğal altda olan Yuxarı Əskipara kənd orta məktəbi yerləşir.

Xəbər lenti
0