CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ada ölkəsinə yardım etdi

© © TRENDПартия медицинских принадлежностей
Партия медицинских принадлежностей  - Sputnik Azərbaycan
Abunə olmaq
Göstərilmiş yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edib

BAKI, 20 fevral — Sputnik. Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib.

Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, ölkəmizdə istehsal olunmuş tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilib.

Sözügedən yardım fevralın 19-da Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Azərbaycan Respublikası Hökuməti adından Antiqua və Barbudanın Böyük Birtaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilib.

Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak ediblər. Göstərilmiş yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edib və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdırıb.

Xəbər lenti
0