BAKI, 20 fevral — Sputnik. Almaniyanın qərbindəki Frankfurt yaxınlığındakı Hanau şəhərində iki kafeyə silahlı hücum edilib.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı 9 nəfər ölüb, 6 nəfər yaralanıb. Həyatını itirənlərin şəxsiyyətləri açıqlanmasa da, ölənlərin arasında türklərin olduğu iddia edilir.
Almaniyanın "Bild" qəzetinin aldığı məlumata görə, Tobias R. adlı qatil bir mənzildə ölü tapılıb. Həmin mənzildə bir etiraf məktubu və video tapılıb. Təcavüzkarın anasını öldürüb, sonra intihar etdiyi bildirilir.
#BREAKING: #Hanau: A total of eleven people died in a shootout.
— ISCResearch (@ISCResearch) February 20, 2020
Silahlı hücumun səbəbi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, Hanau şəhərində türklər sıx məskunlaşıblar.