CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"20 Yanvar" ərazisində tıxacın qarşısı alınacaq – Tədbirlər başlayıb

© © Courtesy of Timur RzaevКруг "20 января"
Круг 20 января - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda "20 yanvar" metrostansiyası yaxınlığında "Azərsu" ASC-nin qarşısında olan keçidin çıxışının istiqaməti də dəyişdirilir. Belə ki, əvvəllər keçidin istiqaməti yol tərəf olub. İndi isə keçidin çıxışı "Azərsu" ASC-yə tərəf olacaq

BAKI, 20 fevral — Sputnik. "28 may" metro stansiyası yaxınlığında yeraltı keçiddə eskalatorlar sökülür və onun yerinə pilləkən hissə düzəldilir". Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
Bir küçədə yol hərəkətinin təşkilində dəyişikliklər edilib – Diqqətli olun

Onun sözlərinə görə, hazırda "20 yanvar" metrostansiyası yaxınlığında "Azərsu" ASC-nin qarşısında olan keçidin çıxışının istiqaməti də dəyişdirilir. Belə ki, əvvəllər keçidin istiqaməti yol tərəf olub. İndi isə keçidin çıxışı "Azərsu" ASC-yə tərəf olacaq.

A.Nəcəfli qeyd edib ki, bu addım yolun genişləndirilməsi məqsədilə atılıb. Belə ki, bundan sonra sürücülər sağa – Müzəffər Həsənov küçəsinə rahat dönüş edə biləcəklər.

"Moskva prospektindən gələn avtomobillər işıqforun işığını gözləmədən rahat dönüş edəcəklər. Bu ərazidə olan sıxlığın, tıxacın qarşısını almaq məqsədilə mühüm addım hesab edilir", – deyə A.Nəcəfli bildirib.

Xəbər lenti
0