Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığorta haqqı ödəməyənlərə xəbərdarlıq

© Depositphotos.com / EverythingpossЧеловек в медицинском халате ведет подсчет
Человек в медицинском халате ведет подсчет - Sputnik Azərbaycan
Abunə olmaq
İcbari tibbi sığortanın əsas prinsiplərindən biri də sığorta haqlarının sığortalılar tərəfindən müntəzəm ödənilməsinin məcburiliyidir

BAKI, 19 fevral — Sputnik. İcbari tibbi sığorta haqları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına görə şəxslər cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O deyib ki, qanuna əsasən, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir və sığorta hadisəsi zamanı sığortaolunanların icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və Xidmətlər Zərfi çərçivəsində tibbi yardım almasını təmin edir: "İcbari tibbi sığortanın əsas prinsiplərindən biri də sığorta haqlarının sığortalılar tərəfindən müntəzəm ödənilməsinin məcburiliyidir. Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar".

Xəbər lenti
0