Ərdoğan Əsədə son xəbərdarlığını etdi – An məsələsidir, bir gecə gələ bilərik

© © Mustafa Kamaci/Presidential Press Office/Handout via REUTERSРеджеп Тайип Эрдоган, фото из архива
Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: “Təəssüflər olsun ki, indiyə qədər istədiyimiz nəticəni əldə edə bilməmişik. Ona görə də son xəbərdarlığımızı edirik”

BAKI, 19 fevral — Sputnik. "Suriyanın İdlib regionunda gərginliklə bağlı məsələni həll etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskvada keçirilən görüşü nəticəsiz başa çatıb".

Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
İdlib məsələsi Türkiyə-Rusiya əlaqələrinə təsir edə bilməyəcək – ekspert

Sputnik Azərbaycan "Sozcu"-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.

"Təəssüflər olsun ki, indiyə qədər istədiyimiz nəticəni əldə edə bilməmişik. Ona görə də son xəbərdarlığımızı edirik. Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək üçün bütün hazırlıqlarını görüb. Bir gecə gələ bilərik. Başqa sözlə desəm, İdlibdə əməliyyatlar hər an başlaya bilər", - Ərdoğan vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, son zamanlar Bəşər Əsədə sadiq qüvvələrinin hücumları nəticəsində 13 türk hərbçisi şəhid olub.

Xəbər lenti
0