SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK 3 dairə üzrə şikayətləri ərizəçiyə, birini DSK-ya göndərdi

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана  - Sputnik Azərbaycan
Abunə olmaq
MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz kənd, 62 saylı Saatlı, 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə daxil olmuş müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət ötməklə daxil olduğundan ərizəçilərə geri qaytarılmalıdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılır.

Məsələ barədə MSK katibi Arifə Muxtarova, MSK-nın və Ekspert qrupunun üzvləri məlumat verirlər.

MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz kənd, 62 saylı Saatlı, 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə daxil olmuş müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət ötməklə daxil olduğundan ərizəçilərə geri qaytarılmalıdır.

MSK üzvü İlham Məmmədov isə qeyd edib ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə daxil olan şikayətin araşdırma səlahiyyəti DSK-da olduğu üçün müvafiq DSK-ya göndərilməldir.

Bu təkliflər səsə qoyulub və qəbul olunub.

Xəbər lenti
0