CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aydın Kazımzadənin yubileyi qeyd olundu

© AR Ministry of CultureAydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir
Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Yubilyara "Azərbaycanfilm" kinostudiyasının tarixinin öyrənilməsi və təbliğindəki xidmətlərinə görə diplom və hədiyyə, eləcə də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yubiley hədiyyəsi təqdim edilib.

BAKI, 19 fevral — Sputnik. Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.

Yubiley gecəsində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edib. O, diqqətə çatdırıb ki, Aydın Kazımzadə tükənməz enerji ilə daim çalışır, kino salnaməmizi zənginləşdirir. O, həyatını sevdiyi işə həsr edib və keçdiyi yol şanlı və mənalı bir yoldur: "Hesab edirəm ki, bu yanaşma həm kinomuz, həm də Aydın Kazımzadə ömrü üçün çox uğurlu olub. Keşməkeşli olsa da, çox faydalı bir həyat yaşayıb. O, dəyərli bir həyat yaşamış, gözəl pedaqoq kimi fəaliyyət göstərmiş, televiziya sahəsində kinomuzu layiqincə təmsil etmiş və zəngin irsə malik kino xadimidir. Bu irsin zənginləşdirilməsində daim yubilyara dəstək olaraq ona uzun ömür və cansağlığı arzulayıram".

© AR Ministry of CultureAydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir
Aydın Kazımzadənin yubileyi qeyd olundu - Sputnik Azərbaycan
Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir

Yubiley gecəsində Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Xalq artisti Rafiq Əzimov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Əməkdar artist Elxan Qasımov, kino nəzəriyyəçisi Əlisəftər Hüseynov və başqaları çıxış edərək Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışıblar.

Sonra yubilyarın yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir boyu yubilyarın iştirak etdiyi və müəllifi olduğu televiziya verilişlərindən fraqmentlər, ssenari müəllifi olduğu sənədli filmlərdən kadrlar nümayiş olunub. Yubilyara "Azərbaycanfilm" kinostudiyasının tarixinin öyrənilməsi və təbliğindəki xidmətlərinə görə diplom və hədiyyə, eləcə də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yubiley hədiyyəsi təqdim edilib.

Xəbər lenti
0