CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda avtobus parkının tam yenilənəcəyi vaxt bəlli oldu

© Baku Transport Agency"İsuzu Novociti" markalı avtobuslar
İsuzu Novociti markalı avtobuslar - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər

BAKI, 18 fevral — Sputnik. Bakıda beş il ərzində 855 avtobus yenilənib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

O qeyd edib ki, keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb: "Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik.

Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq"

Xəbər lenti
0