CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu, altıncıdır: Sədərəyi nə alışdırır? - VİDEO

© © AR Ministry of Emergency SituationsСитуация в "Садараке", 18 февраля 2020 года
Ситуация в Садараке, 18 февраля 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
Sığortası olan mağaza sahibləri sığorta şirkətlərindən onlara dəymiş zərəri alacaqlar. Sığortası olmayan sahibkarlara isə mərkəzin rəhbərliyi yardım edəcək

BAKI, 18 fevral — Sputnik. Son dörd ildə Sədərək ticarət mərkəzində ard-arda 6 yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün baş verən yanğın zamanı 1000 kvadratmetr ərazi yanıb, onlarla mağaza yanaraq, külə dönüb. Ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, sığortası olan mağaza sahibləri sığorta şirkətlərindən onlara dəymiş zərəri alacaqlar. Sığortası olmayan sahibkarlara isə mərkəzin rəhbərliyi yardım edəcək.

Onun sözlərinə görə, bazar rəhbərliyi müvəqqəti olaraq, zərər dəymiş mağaza sahiblərini yeni mağaza və anbarlarla təmin edəcək. Yanan mağazalar isə təmir edilərək, yenidən sahibkarlara veriləcək. K.Qədim bildirib ki, hazırda dəymiş zərər hesablanır.

"Bu mağazalar arasında sığortası olanlar da var. Rəhbərlik hər zaman mağazaların sığortalanmasının lazım olduğunu vurğulayıb. Sığortası olanlar sığorta şirkətlərindən dəymiş zərəri alacaq. Digərlərinə isə bazar rəhbərliyi bacardığı qədər yardım edəcək".

Yanğın əsasən ayaqqabı, paltar və sintetik məhsullar sıralarındakı mağazalarda baş verib. Onu da deyək ki, yanğın zamanı 12 nəfər xəsarət alıb.

Ekspertlər ticarət mərkəzlərində yanğın hadisələrini yanğın təhlükəsizlik qaydalarına əməl olunmaması ilə izah edirlər.

Xəbər lenti
0