CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prokurorluqda yeni təyinat

© AFP 2023 / JOHN MACDOUGALLЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb

BAKI, 18 fevral — Sputnik. Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb. O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.

Xəbər lenti
0