Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gömrük Komitəsinin sədri vergi və rüsumların səviyyəsindən narazılıq etdi

© Sputnik / Murad OrujovПредседатель ГТК Сафар Мехтиев
Председатель ГТК Сафар Мехтиев  - Sputnik Azərbaycan
Abunə olmaq
"Qanunvericilikdə olan problemləri bilirik. İdxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yoluna üstünlük verməsinə şərait yaradır. Bu isə bizim mübarizəmizi çətinləşdirir” - Səfər Mehdiyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Azərbaycanda zərgərlik sahəsi və mövcud problemlərin müzakirəsinə dair "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüş keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu sahədə olan mövcud problemlərdən danışıb: “Bizim zərgərlik sahəsində idxal, yerli istehsal və ixrac əməliyyatlarımızın potensialının yüksək olduğu halda öz fəaliyyətimizi təşkil edə biləcək halda deyilik. 

 Председатель правления ЗАО AzerGold Закир Ибрагимов  - Sputnik Azərbaycan
"Keyfiyyətə nəzarət sistemləri yoxdur" - "AzerGold" QSC-nin sədri
“Kölgə iqtisadiyyatı” ilə mübarizəni vahid komanda şəklində aparsaq, qanuni fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır".

"Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq, bu sahədə vəziyyətin ürəkaçan olmadığını görə bilərik. Yüksək vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin qaldırılması ilə zərgərlik sahəsini tənzimləmək mümkün deyil. Zərgərlik sahəsini tənzimləməyin əsas həllərindən biri gələcək üçün potensial təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, eyni zamanda da qaçaqmalçılıqla bağlı birgə mübarizə aparmaq və sahibkarlara münbit şərait yaratmaqdır", - deyə sədr əlavə edib.

O bildirib ki, mövcud problemlərin həlli istiqamətində dövlət və özəl sektor birgə tədbir görməsə, bu sahədə verginin azaldılmasından və artırılmasından asılı olmayaraq, bazarın inkişaf etdirilməsi mümkün olmayacaq: "Qanunvericilikdə olan problemləri bilirik. İdxal əməliyyatları üzrə vergi və rüsumların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yoluna üstünlük verməsinə şərait yaradır. Bu isə bizim mübarizəmizi çətinləşdirir”.

Xəbər lenti
0