CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşıyıcılar qarşısında yeni tələb qoyuldu

© Sputnik / Irade JELILАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Amma bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir"

BAKI, 18 fevral — Sputnik. Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarlar qarşısında avtobusların gətirilməsində ekoloji tələb qoyulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli prezidentin qəbulunda olarkən məlumat verib: "Bizim gətirdiyimiz yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Dünyanın bir sıra böyük şəhərlərində STQ ilə az sayda avtobus işləyir.

Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda isə 3070 avtobusdan 239-u STQ ilə işləyir. Amma bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir. Daşıyıcılara da göstəriş verilib ki, STQ ilə işləyən avtobuslar gətirsinlər. Çünki benzinlə və dizel yanacağı ilə işləyən avtobuslar şəhərdə orta sürətlə hərəkət etdiyi üçün ətraf mühitə daha çox ziyan vurur. Bu il üçün daha bir yenilik müxtəlif yerlərdə avtobuslar üçün habların yaradılması olacaq. Siz keçən ilin sentyabr ayında "Koroğlu" habının açılışında bu barədə tapşırıq vermisiniz".

Xəbər lenti
0