Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli Seçki Dairəsi üzrə daxil olan şikayətlərə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.
Məlumata əsasən, deputatlığa namizədliyi qeydə alınmış İlqar Hüseynli, İltizam Əkbərli və Murad Fərzəliyev həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb ediblər.
Bildirilib ki, müvafiq seçki dairəsinin beş seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə mane olan hallar aşkarlanıb.
MSK qərara alıb ki, həmin dairədə 5 seçki məntəqəsinin nəticələri etibarsız hesab edilsin.
Qeyd edək ki, 79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayevdir.