Paşinyana qarşı yeni və silahlı müxalifət yaranır - Artıq "ilk qaranquş" var

© Sputnik / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян
Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
Abunə olmaq
Davtyan vurğulayıb ki, hərbçilərin dəfn mərasimlərində iştirak edib, həmçinin hərbi hissələrə baş çəkib

BAKI, 18 fevral — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan qeyri-döyüş vəziyyətində baş verən əsgər ölümlərinin sayının artması fonunda istefaya getməyi düşünmür. Sputnik Ermənistan xəbər verir ki, bunu Davtyan parlamentdə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, qeydə alınan 13 ölüm faktından 4-ü insidentlə bağlıdır, lakin bu hallar manipulyasiya üçün əsas olur.

Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
Paşinyan ordu barədə gözlənilən etirafı etdi...

Davtyan deyib ki, hərbçilərin dəfn mərasimlərində iştirak edib, həmçinin hərbi hissələrə baş çəkib.

Baş qərargah rəisi qeyd edib ki, Silahlı Qüvvələrdə kadr dəyişikliyi baş verir və cəmiyyət bu barədə məlumatlandırılacaq.

Xatırladaq ki, bu gün Ermənistan Baş Naziri Nikol Paşinyan bu ölkənin ordu sistemində kadr dəyişikliyinin olacağının anonsunu verib.

Paşinyan qeyd edib ki, ötən gecə ordudakı son neqativ hallarla bağlı hökumətdə müzakirələr aparılıb. Onun sözlərinə görə, kadr dəyişiklikləri olmaqla bir sıra önəmli qərarlar qəbul edib.

Ermənistan Baş Naziri öz paylaşımında Ermənistanda ordu və cəmiyyət arasında parçalanma olduğunu da etiraf edib: "Ordu və cəmiyyətə dair bir bölünmə yoxdur. Biz bir ailə, vahid orqanizmik".

O, eyni zamanda orduda ölüm halları ətrafında vəziyyəti gərginləşdirməməyə, həmçinin bu mövzu ətrafında neqativ fon yaratmamağa çağırıb.

Xatırladaq ki, ilin əvvəlindən Ermənistan ordusunda 13 hərbçi ölüb, bütün ölüm halları qeyri-döyüş şəraitində qeydə alınıb. Üç hərbçinin ölümü ilə bağlı "ölüm həddinə çatdırma" maddəsi üzrə cinayət işi başladılıb.

Xəbər lenti
0