BAKI, 18 fevral — Sputnik. Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs evə buraxılıb.
Sputnik Azərbaycan-a bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndən (TƏBİB) məlumat verilib. Xəbərdə bildirilir ki, Sədərək TM-də xəsarət alan şəxsə xəstəxanada ambulator yardm göstərilib. Onun vəziyyətində problem olmadığı üçün həmin şəxs evə buraxılıb. TƏBİB-dən verilən məlumata görə, yanğınla əlaqədar əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində 9 nəfərə tibbi yardım göstərilib.