BAKI, 18 fevral — Sputnik. Səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın 10-11 ci sırada başlayıb. Hadisə yeriə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəb edilib. Yanğın söndürülüb.