Bilet probleminin həlli üçün AVRO-2020 stadionları servis mərkəzləri ilə təmin olunacaq

© Powered by UEFA.comБилеты на матч ЕВРО-2020
Билеты на матч ЕВРО-2020 - Sputnik Azərbaycan
Abunə olmaq
AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində Londonda keçiriləcək final oyunu ilə bitəcək.

BAKI, 18 fevral — Sputnik. Futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarını qəbul edəcək stadionlarda servis məntəqələri biletlərin təqdim olunması ilə bağlı texniki problemləri həll etməyə kömək edəcək. Bu barədə RİA Novosti-yə UEFA-nın mətbuat xidmətindən bildirilib.

Bazar ertəsi məlum olub ki, azarkeşlər 2020-ci Futbol üzrə Avropa Çempionatının oyunlarına bir milyondan çox bileti mobil tətbiq vasitəsilə əldə edəcək. Yeni və ən müasir mobil bilet satışı sistemi biletlərin təhlükəsiz paylanmasını təmin edəcək və biletlərin surətinin yaradılmasının qarşısını alacaq. Yalnız stadiona yaxın məsafədə olduqda azarkeşlər QR kodları "Bluetooth" vasitəsilə aktivləşdirə biləcəklər.

"Biz sizləri mobil telefonları enerji ilə yükləməyə və "Bluetooth"u yanılı saxlamağa çağırırıq. Stadionlarda olan servis məntəqələri istənilən texniki problemlə bağlı azarkeşlərə kömək edəcəklər. Bu texnologiyanın tətbiq olunduğu əvvəlki turnirlərdə əldə etdiyimiz təcrübə göstərir ki, enerjisiz telefonla stadionlara gələn azarkeşlərin sayı olduqca azdır", - deyə UEFA-dan bildirilib.

Qeyd edək ki, Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə bu ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçiriləcək.

Oyunlara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər.

AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində Londonda keçiriləcək final oyunu ilə bitəcək.

Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Xəbər lenti
0