CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatalada qadının sevgilisinə "hədiyyəsi" polis bölməsində açıldı

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidСледственный изолятор, фото из архива
Следственный изолятор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili evin "təmizlənməsinə" "yardımçı" olublar

BAKI, 17 fevral — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini ona məxsus evdən qızıl-zinət və pulun oğurlanması barədə məlumat verib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına istinadla xəbər verir ki, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən təxminən 2000 manat dəyərində qzıl-zinət əşyalarının və 450 manat dəyərində pulun oğurlandığı müəyyən edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvili olduqları müəyyən olunub. Onlardan Z.Zurabaşvilinin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla məlum olub ki, oğurluğu edən şəxslərin evə daxil olmasında zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili "yardımçı" olublar.

© AR Ministry of Internal AffairsSaxlanılan şəxslər
Zaqatalada qadının sevgilisinə hədiyyəsi polis bölməsində açıldı - Sputnik Azərbaycan
Saxlanılan şəxslər

Belə ki, Ş.Hacıyeva ev sahiblərinin evdə olmaması barədə E.Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt bir yerdə olduqları Z.Zurabaşvili və D.Lomaşviliyə ötürüb, bundan sonra onlar həmin evə qanunsuz daxil olublar. Ş.Hacıyeva və E.Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıblar. Oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda yerləşən zərgərlik mağazasına satdıqları müəyyən edilib və həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0