CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış jurnalistlər Real TV-dən ayrıldılar

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidСотрудники в студии телеканала, фото из архива
Сотрудники в студии телеканала, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlu səsvermənin nəticələri ilə razılaşmayaraq seçkilərdə qanun pozuntularına öz etirazlarını bildiriblər

BAKI, 17 fevral — Sputnik. Real TV-nin üç əməkdaşı – Ləman Ələşrəfqızı (İsmayılova), Afət Telmanqızı (Məhərrəmova), İlqar Mikayıloğlu (Əliyev) işlədikləri telekanaldan uzaqlaşıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən jurnalistlərdən ikisi – Ləman Ələşrəfqızı və Afət Telmanqızı 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizəd olublar. İlqar Mikayıloğlunun isə həyat yoldaşı, hüquqşünas-teleaparıcı Zülfiyyə Bayramova seçkilərdə deputatlığa namizədliyini verib.

Qeyd edək ki, Ləman Ələşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlu səsvermənin nəticələri ilə razılaşmayaraq seçkilərdə qanun pozuntuları olduğunu iddia edirlər.

Xəbər lenti
0