CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Agentliyə 5 milyon ayırdı

Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Hacıqabul–Muğan avtomobil yolunun tikintisi üçün vəsait verildi

BAKI, 17 fevral — Sputnik. Prezident İlham Əliyev "Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər lenti
0